"Sevilya"nın baş məşqçisi: "Futbolçular hətta 20 faiz hazır olmayacaqlar"

"Sevilya"nın baş məşqçisi: "Futbolçular hətta 20 faiz hazır olmayacaqlar"
Futbol
28 Aprel 2020 - 11:30
Supersport.Az-ın məlumatına görə, Avroliqanın qrupunda "Qarabağ"ın rəqiblərindən olmuş "Sevilya"nın baş məşqçisi Xulen Lopetegi koronavirus epidemiyasının yayılması səbəbindən çempionatın, məşqlərin dayandırılmasından ciddi narahat olduğunu bildirib.

Mütəxəssis hesab edir ki, komanda məcburi istirahətdən qayıtsa, problemləri erkən həll etmək çətin olacaq:

"İstirahətdən qayıtdıqdan sonra vəziyyət normal hazırlığa başlamaq kimi olmayacaq. Komandanın tam formalaşması üçün ən azı 5 həftə vaxt tələb olunur. Futbolçulardan hər kəsin bağ evi və hovuzu yoxdur, əksəriyyəti 100 m² mənzillərdə yaşayır. Komanda qayıtdıqdan sonra onlar hətta 20 faiz hazır olmayacaqlar".

Qeyd edək ki, koronavirus infeksiyasının bütün dünyada yayılması səbəbindən dünyada 3 milyondan çox yoluxma faktı qeydə alınıb, 211 mindən artıq ölüm olub, 893 min insan sağalıb. İspaniyada 23521 nəfər vəfat edib.   

 

Digər xəbərlər