UEFA-nın AFFA-ya ayırdığı milyonlar

UEFA-nın AFFA-ya ayırdığı milyonlar
Futbol
28 Aprel 2020 - 01:29
Supersport.Az-ın məlumatına görə, UEFA 55 ölkənin milli qurumuna 236,5 milyon avro ayırıb.

Avropa təşkilatının prezidenti Aleksander Çeferin koronavirus pandemiyasının vurduğu zərbənin təsirini azaltmaq məqsədilə yardım etməyin vacib olduğunu bildirib:

"Bizim idman növümüz COVID-19 böhranının yaratdığı misli görünməmiş sınaqla üzləşib. UEFA-nın buna görə assosiasiyalara yardım etməyini mühüm hesab edirəm. Hər milli quruma indiki mövsümün başa çatdırılması, həmçinin yeni sezon üçün 4,3 milyon avro ödəməyə qərar verdik. Bu məbləğlə futbolu bərpa etmək mümkündür. Hesab edirəm ki, gücümüz daxilində məsuliyyətli addım atdıq. Böhran dövründə futbol ailəsinin birlik nümayiş etdirməsiylə fəxr duyuram. Şübhəsiz ki, həyat tərzinin qayıdışı prosesinin mərkəzində futbol olacaq. Hazırda buna hazır olmalıyıq".

Digər xəbərlər