FIFA-dan futbolda oyunçu dəyişikliyi

FIFA-dan futbolda oyunçu dəyişikliyi
Futbol
27 Aprel 2020 - 19:55
Supersport.Az-ın məlumatına görə, FİFA futbolda oyunçu dəyişikliyini artırmaq istəyindədir.

Beynəlxalq qurum koronavirus epidemiyasının ciddi təsirini, komandaların psixoloji, zədə durumunu nəzərə alaraq, addım atacaq. Oyunçu dəyişikliyinin 3-dən 5-ə artırılması qərara alınacaq.

FİFA bu təklifi Beynəlxalq Futbol Federasiyaları Şurasına təqdim edəcək. İFAB müsbət cavab verərsə, ölkələrin bunu dəyərləndirəcəyi bildirilib.

Yeni qayda təsdiqlənsə, 2021-ci il 31 dekabrınadək bütün oyunları əhatə edəcək.

Digər xəbərlər