Rüştü Reçber: "Koronavirusa ciddi yanaşmırdım"

Rüştü Reçber: "Koronavirusa ciddi yanaşmırdım"
Futbol
24 Aprel 2020 - 17:12
Supersport.Az-ın məlumatına görə, Türkiyə futbolunun tanınmış simalarından olan Rüştü Reçber koronavirusa yoluxan zaman ciddi fikir vermədiyini etiraf edib:

İtaliya mətbuatına açıqlamasında təcrübəli qolkiper çətin günlərlə üzləşdiyini bildirib:

"Etiraf edim ki, ilk olaraq virusu ciddiyə almadım. Çünki simptomları bəsit bir qrip hesab etdim. Əslində belə deyilmiş. İlk gün koronavirusa yoluxanda yalnız boğazım ağrıyırdı. İkinci gün temperaturum qalxdı, ancaq 37.5 dərəcəni keçmədi. Ailə həkimimlə dərhal danışdım. Temperaturu salan, ağrıkəsici dərman almağa başladım. Ancaq bu müddətdə iştah, qoxu, dad hisslərini itirdim, öskürəkdən şikaytlərim oldu. Temparaturum daha da artdı. 7-ci gün çox yüksəldi, heç düşmədi. Xəstəxanaya getdim, testdən keçdim.  Zəiflədim, ağır müalicə olundum. Allaha şükürlər olsun ki, yaxşılaşdım. 5 il əvvəl siqareti atdım. Bu virus ciddidir, zarafat etmir. İndi 15 gün evdə karantində qalmağım lazımdır. Mütləq evdə qalın, yaxın təmaslardan qaçın".

Digər xəbərlər