"Kartof kisəsi deyiləm"

"Kartof kisəsi deyiləm"
Futbol
15 Aprel 2020 - 01:14


"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç klubunu dəyişəcəyi ilə bağlı xəbərlərə sərt reaksiya verib.

Supersport.Az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, korvat futbolçu klubun maaşları azaltmaq üçün onu satmaq istəyinə qəzəblənib:

"Mən valyuta rolunda olmaq istəmirəm. Kartof torbası da deyiləm. Mənə hörmətlə yanaşmaq lazımdır və dəyər verilən yerdə olmaq istəyirəm. Burada qiymət verilirsə, sevinərəm, bu olmasa başqa yerdə olacağam. Öz gələcəyimlə bağlı qərar verəcəm, başqaları yox".

Qeyd edək ki, Rakitiçi transfer etmək istəyən klubların sırasında futbolçunun "Mançester Yunayted", "Yuventus", "Atletiko" və "Sevilya" klublarının adları çəkilir.


Digər xəbərlər