Yapon cüdosuna koronavirusdan ağır zərbə

Yapon cüdosuna koronavirusdan ağır zərbə
Digər, Cüdo
14 Aprel 2020 - 17:02
Supersport.Az-ın məlumatına görə, dünyanın aciz qaldığı koronavirus pandemiyasından yapon cüdosu da ağır zərbə alıb.

Yaponiya Cüdo Federasiyasında çalışan 16 şəxsin bununla bağlı səhhətində ciddi problem olduğu aşkarlanıb. Koronavirusa tutulanlardan 12-si kişi, 4-ü qadındır. Bu sırada cüdo qurumunun idarəedici direktoru Soyu Nakadzato da var. Məlumata görə, koronavirus 39 işçisi olan federasiyanın fəaliyyətini iflic edib.

Yaponiya Olimpiya Komitəsinin, Cüdo Federasiyasının 62 yaşlı prezidenti Yasuhiro Yamaşita infeksiyanın qarşısının alınması üçün vaxtında tədbir görülmədiyini etiraf edərək, üzr istəyib.

Məlum səbəbdən Tokio Olimpiadası 1 il müddətinə təxirə salınıb.

Qeyd edək ki, dünyada koronavirus bəlasından indiyə qədər 120 min insan vəfat edib.

 

Digər xəbərlər