UEFA-dan avrokuboklarda yeni qayda

UEFA-dan avrokuboklarda yeni qayda
Futbol
14 Aprel 2020 - 02:11
Avropa Klubları Assosiasiyası (ECA) və UEFA bu mövsümün avqust ayında başa çatdırılmasına dair razılığa gəliblər.

Supersport.Az xəbər verir ki, bu barədə xarici mətbuat yayıb.

Bütün milli çempionatların avrokubok oyunlarının finalınadək bitməsinin planlaşdırıldığı və avrokubok qarşılaşmalarının hamısının azarkeşsiz keçirilməsi nəzərdə tutulduğu bildirilir.

Razılaşmaya əsasən, pley-off sistemi ləğv ediləcək və komandalar hər mərhələdə iki yox, bir matça çıxacaqlar. Görüşlər neytral meydanda olacaq. Final qarşılaşmaları isə avqustun ikinci yarısına planlaşdırılır.

Bunlar gerçəkləşərsə, avrokuboklarda 2020/21 mövsümünə sentyabrda start veriləcəyi bildirlir.

 

Digər xəbərlər