"Komandam çempionatda meydana çıxmayacaq" - koronavirus etirazı

"Komandam çempionatda meydana çıxmayacaq" - koronavirus etirazı
Futbol
13 Aprel 2020 - 02:20
Supersport.Az-ın məlumatına görə, İtaliyada da koronavirus sürətlə vüsət aldığından futbol çempionatına məcburi fasilə verilən müddətdə "Breşia" klubunun prezidenti Massimo Çellino şok açıqlama verib.

Klub rəhbəri bildirib ki, yarış davam etdirilsə, komandasının meydana çıxmasına qadağa qoyacaq:

"Mövsüm davam etsə, komandamın oynamasına imkan verməyəcəm. İstəyirlərsə, bizdən xal silsinlər. Bütün məsuliyyət mənimdir. Bunu hamı belə bilsin".

"Breşia" prezidenti, bir müddət əvvəl UEFA-nı sərt tənqid edərək, maddi qazancı düşündüklərini bəyan etmişdi.

Qeyd edək ki, adıçəkilən klub "A" seriyasında 26 oyunda 16 xal toplayaraq son pillədədir.

Digər xəbərlər