UEFA Avro-2020-ylə bağlı açıqlama verdi

UEFA Avro-2020-ylə bağlı açıqlama verdi
Futbol
09 Aprel 2020 - 21:27
UEFA növbəti il keçirilməsi planlaşdırılan Avropa çempionatının ev sahiblərinin azaldılması ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

Supersport.Az xəbər verir ki, qurumdan verilən məlumatda bildirilib ki, məqsəd oyun cədvəlini və keçirilmə yerini olduğu kimi saxlamaqdır. Yarışın təqvimi hələ rəsmi olaraq təsdiqlənmədiyi, ev sahibi olan bütün şəhərlərlə əlaqə saxlanacağı qeyd olunub. Bu haqda daha sonra  məlumat veriləcək.
Xatırladaq ki,  Avro-2020 bu yay Bakı da daxil olmaqla Avropanın 12 şəhərinddə keçirilməli idi. Ancaq koronavirus pandemiyası görə turnir gələn ilin yayına kimi təxirə salınıb.

Digər xəbərlər