"Messi İspaniyadan getsə, dünyanın sonu olmayacaq"

"Messi İspaniyadan getsə, dünyanın sonu olmayacaq"
Futbol
07 Aprel 2020 - 21:30
Supersport.Az-ın məlumatına görə, İspaniya La Liqasının prezidenti Xavyer Tebas koronavirus pandemiyası səbəbindən mövsümün erkən dayandırılacağı təqdirdə klubların böyük məbləğdə vəsait itirəcəyini bildirib.

"Pandemiyanın iqtisadi zərərlərini və avrokuboklarda iştiraka görə alınan pullardan məhrum olacaqlarını nəzərə alsaq, klublarımız çox pul - 1 milyard avro itirəcəklər. Mövsümü azarkeşsiz davam etdirsək, bu ziyan milyon avro olacaq. Çempionat azarkeşlərlə davam etdirilsə, maliyyə itkisi 15 milyon avro olacaq".

Koronavirus pandemiyasına görə 27-ci turda dayandırılan La Liqada mövsümün ləğv ediləcəyi haqda xəbərlər yayılmaqdadır. Xavyer Tebas da bu yaxınlarda İspaniya mətbuatına açıqlamasında böyük ehtimalla mövsümün yarımçıq dayandırılacağını demişdi.

İspaniya La Liqası prezidenti Xavyer Tebas "Barselona"nın ulduz futbolçusu Lionel Messinin "İnter"ə keçəcəyi haqda yayılan xəbərə də münasibət bildirib. Bu barədə İtaliya klubunun sabiq prezidenti Massimo Moratti açıqlama vermişdi.

La Liqa rəhbəri Messiylə bağlı danışıb:

"Düşünmürəm ki, Messi getsə "A" seriyasının problemi həll ediləcək. İtaliya futbolunda böyük borclar var, gəlirlər azdır. Messinin köməyilə problemlər həll olunmayacaq.

Mən istərdim ki, o, La Liqada qalsın. Ancaq Messi getsə, dünyanın sonu olmayacaq. Çoxları deyirdi ki, Kriştiano Ronaldosuz La Liqa pullar itirəcək, lakin hətta Portuqaliyada teleyayım gəlirlərimiz də artdı. Dahi futbolçular kömək edir, ancaq onlar turnirlər üçün elə də vacib deyil".

 

Digər xəbərlər