UEFA prezidenti: "Hər ölkə çempionunu açıqlaya bilər"

UEFA prezidenti: "Hər ölkə çempionunu açıqlaya bilər"
Futbol
06 Aprel 2020 - 21:02
UEFA-nın sloveniyalı prezidenti Aleksander Çeferin ölkəsinin "Ekipa" qəzetinə müsahibə verib.

Supersport.Az xəbər verir ki, o, ilk olaraq A Seriyası rəsmilərinin liqanın bərpa oluna biləcəyi ilə bağlı fikrinə münasibət bildirib:

"A Seriyası tamamlana bilər. Hazırda buna söz və ya zəmanət verə bilmərəm. A Seriyası UEFA-nın səlahiyyətlilərinin bir parçası deyil. Ancaq insanların həyatını təhlükə altında qoymayacağımızı deyə bilərəm. Hökümət bizə yaşıl işıq yandırdığı zaman hər liqa üçün uyğun bir çıxış yolu tapmağa çalışacağıq".
Qurum rəhbəri, İngiltərə Premyer Liqasında lider "Liverpul"un ən yaxın izləyicisi ilə arasındakı 25 xallıq fərqdən də danışıb: "Liverpul"un titulsuz qalacağını düşünmürəm. Onsuz da Premyer Liqanı qazanmağa yaxın idilər".

UEFA prezidenti liqaların bərpa olunmaması variantı haqda da açıqlama verib:

"Əgər liqalar davam etməsə, o zaman hər ölkəyə çempionunu elan etmək tövsiyə olunacaq".

Çeferin, Çempionlar Liqasının eyni formatla başa çatacağını söyləyib.

 

 

Digər xəbərlər