"Qalatasaray"lı Falkaodan maska hədiyyəsi

"Qalatasaray"lı Falkaodan maska hədiyyəsi
Futbol
04 Aprel 2020 - 11:17
Supersport.Az-ın məlumatına görə, "Qalatasaray"ın kolumbiyalı oyunçusu Radamel Falkao Türkiyədə koronavirusla mübarizəyə qoşulub.

Təcrübəli futbolçu İzmirdə xəstəxanalardan birinə 3 min ədəd N95 tibbi maska hədiyyə edib.

"Qalatarasay"ın həkimi Yener İncənin tövsiyəsinə əsasən Falkao belə addım atıb.

Falkao ölkəsində də yardım fondu və xərçəng xəstəliyi xəstəxanasına maddi dəstək verib.

 

Digər xəbərlər