Türklərdən milyonlarla dəstək - Şenol Güneş də yardım etdi

Türklərdən milyonlarla dəstək - Şenol Güneş də yardım etdi
Futbol
03 Aprel 2020 - 00:55


Türkiyədə koronavirusa qarşı mübarizədə yardım üçün "#BizBizeYeteriz" kampaniyası davam edir.

Supersport.Az-ın məlumatına görə, ölkə yığmasının baş məşqçisi Şenol Güneş dəstəyini göstərib. Mütəxəssis 1 milyon lirə (253 min 400 manat) kömək edib.




"Trabzonspor"un vitse-prezidenti Ertuğrul Doğan da 5 milyon 61 lirəylə (1 milyon 267 min manat) kampaniyaya qoşulacağını bildirib.

Məlumat üçün bildirək ki, Türkiyədə yardım fonduna hələ ki, 552 milyon 529 min 912 lirə (140 milyon manat) köçürülüb.

Digər xəbərlər