Bir ölkə də futbol yarışına başlayacaq

Bir ölkə də futbol yarışına başlayacaq
Futbol
01 Aprel 2020 - 22:07
Əksər ölkələrdə futbol yarışları koronavirusun sürətlə yayılması səbəbindən dayandırılıb.

Supersport.Az-ın məlumatına görə, daha bir ölkədə turnirlərin keçirilməsinə start verilməsi nəzərdə tutulub.

Tacikistanda əvvəlcə Superkubok yarışı başlayacaq. Aprelin 4-də Düşənbənin mərkəzi respublika stadionunda "İstiklol"la "Xucand"la qarşılaşacaq. Oyun azarkeşsiz olacaq.

Aprelin 5-də isə ölkə çempionatı başlayacaq.

Tacikistanda rəsmi məlumatda koronavirusa yoluxanların olmadığı bildirilir.

Xatırladaq ki, Avropada çempionatı davam edən yeganə ölkə Belarusdur.

Digər xəbərlər