"Uca Allahın cəzasıdır koronavirus" - Həbib Nurmuhammədov: "İnsanlar dərs almalıdır"

"Uca Allahın cəzasıdır koronavirus" - Həbib Nurmuhammədov: "İnsanlar dərs almalıdır"
Digər, MMA
30 Mart 2020 - 18:33
Supersport.Az-ın məlumatına görə, UFC çempionu Həbib Nurmuhammədov koronavirus pandemiyasının əsas səbəbini açıqlayıb. 

"Uca Allahın cəzasıdır koronavirus" deyən məşhur idmançı, insanların dərs almasının vacibliyini bildirib:

"Uca Allahdan bizi bağışlamağı diləyin. Mən 100 faiz əminəm ki, bu xəstəlik Uca Rabbimizin cəzasıdır. Buna qəti şübhəniz olmasın. Allahdan bağışlanmağımızı istəməli, tövbə etməliyik. Mənim, sizin, hamımızın, belə deyim ki, çox sayda günahları var. Allah bütün insanları qorusun.

Həkimlərin sizə dediklərinə qulaq asın, indi çox çətin vaxtdır.

On gün Dağıstanda olduğum müddətdə görürəm ki, bu xəstəliyi düzgün qiymətləndirmirlər. Ancaq bu, çox ciddidir. Ehtiyatlı olmalı, təhlükəsizlik tədbirlərinə əməl etməlisiniz".

Məlumat üçün bildirək ki, dünənki məlumata əsəasən dünyada 722 min 664 insan bu xəstəliyə tutulub, 33 min 983-ü ölüb, 151 793-ü sağalıb.

 

 

Digər xəbərlər