Rəşad Sadıqovdan xeyirxahlıq: 50 min manat yardım etdi

Rəşad Sadıqovdan xeyirxahlıq: 50 min manat yardım etdi
Futbol
30 Mart 2020 - 16:26
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov hər zaman faydalı insan olmaqla diqqət çəkib.  

Supersport.Az-ın məlumatına görə, tanınmış futbolçu növbəti dəfə xeyirxah addım atıb. "Qarabağ"ın kapitanı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürüb. Bu haqda fondun saytında xəbər verilib.

Xatırladaq ki, əvvəlcə koronavirusla mübarizəyə "Qarabağ" klubunun futbolçuları 50 min, baş məşqçi Qurban Qurbanov 20 min manat kömək edib.

Digər xəbərlər