Ronaldonun maaşı kəsildi
Futbol
28 Mart 2020 - 21:42
Supersport.Az-ın xəbərinə görə, "Yuventus" hücumçusu Kriştiano Ronaldonun maaşını kəsməyə qərar verib.
Portuqaliyalı futbolçu 3.8 milyon avro azalma təklifini qəbul edib.
Bir müddət əvvəl Ronaldo koronavirusla mübarizədə xəstəxanalara 1 milyon ayırıb. Portuqaliyalı forvardın İtaliya klubunda illik qazancı 31 milyon avrodur.
"Yuventus" məlum səbəbdən yaranan maddi problemi əsas gətirərək, bütün oyunçuların maaşını kəsmək istəyir. Klub rəhbərliyi oyunçularla görüşəcək.