"Dinamo" bütün məşqçilərini qovdu

"Dinamo" bütün məşqçilərini qovdu
Futbol
27 Mart 2020 - 20:52
Supersport.Az-ın məlumatına görə, Xorvatiyanın köklü klublarından biri bütün məşqçilərini kənarlaşdırmağa qərar verib.

Məsələ burasındadır ki, Zaqreb "Dinamo"sunun rəhbərliyi koronavirus səbəbiylə ölkədaxili yarışların təxirə salınması və gəlirlərin azalmasını əsas gətirərək, klubda çalışanlardan maaşlarında endirim tələb etsə də, futbolçularla mütəxəssislər bunu qəbul etməyib. Buna görə baş məşqçi Nenad Belitsayla yanaşı, 6 köməkçisinin müqaviləsi ləğv olunub. 48 yaşlı əsas çalışdırıcıyla yolların ayrılmasına səbəb olaraq mütəxəssisin yüksək təzminat tələb etməsi göstərilib.

Qeyd edək ki, Xorvatiyada 551 insan koronavirusa yoluxub, 3-ü vəfat edib.

Digər xəbərlər