Dünyanın ən qazanclı futbolçusu - Messi

Dünyanın ən qazanclı futbolçusu - Messi
Futbol
27 Mart 2020 - 11:44
Supersport.Az-ın məlumatına görə, ötən ilin ən çox qazanclı futbolçularının adları açıqlanıb.

"Barselona"nın argentinalı futbolçusu Lionel Messi 131 milyon avroyla birincidir.

"Yuventus"un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo (118 milyon) ikinci, PSJ-nin braziliyalı üzvü Neymar (95 milyon) üçüncüdür.

"Real"ın uelsli forvardı Qaret Beyl (38,7 milyon) dördüncü, "Barselona"nın fransız futbolçusu Antuan Qrizmann (38,5 milyon) beşincidir ("France Football").

 

Digər xəbərlər