Hakimlər üçün onlayn dərslər

Hakimlər üçün onlayn dərslər
Futbol
27 Mart 2020 - 10:58

Supersport.Az-ın məlumatına görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hakimlər üçün qrup halında məşğələlərin müvəqqəti ləğv olunması nəzərə alınaraq, onlayn şəkildə dərslərin keçirilməsinə start verilib.


AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuxlik və UEFA-nın Hakimlər Komitəsinin üzvü Kiros Vassarasın iştirakı ilə dərslər həftədə 1 dəfə olmaqla 2 ayrı-ayrı qruplara bölünmüş hakimlər üçün aparılır. Onlayn dərslərdə beynəlxalq oyunlarda baş vermiş müəyyən situasiyalar müzakirə edilir, sorğu vasitəsi ilə hakimlərin cavabları öyrənilir, oyun qaydalarının düzgün yozumu və tətbiqi haqqında tövsiyələr verilir.


Digər xəbərlər