"Yuventus"un türk futbolçusundan 2000 ailəyə yardım
Futbol
27 Mart 2020 - 01:44
"Yuventus"un türk futbolçusu Merih Demiral koronavirusa qarşı mübarizə kampaniyasına qoşulub.
Supersport.Az xəbər verir ki, o, bu barədə sosial hesabında məlumat yayıb. 22 yaşlı müdafiəçi paylaşımında virusa baxmayaraq, evdən çıxmağa məcbur olan 2 min türk ailəsinə evdə daha çox qala bilmələri üçün ərzaq yardımı edəcəyini yazıb.

M.Demiral həmin ailələrin "Kızılay" cəmiyyəti tərəfindən seçiləcəyini bildirib.