"Qalatasaray"ın prezidenti Mustafa Cengiz: "Liqaların təxirə salınması naminə yalvardım"

"Qalatasaray"ın prezidenti Mustafa Cengiz: "Liqaların təxirə salınması naminə yalvardım"
Futbol
25 Mart 2020 - 21:56
Supersport.Az-ın məlumatına görə, "Qalatasaray"ın prezidenti Mustafa Cengiz koronavirusla bağlı açıqlama verib.

Testdən keçən klub rəhbəri, vitse-prezident Abdurrahim Albayrakla yanaşı, onun oğlunda da yoluxma aşkar olunduğunu bildirib.

Mustafa Cengiz deyib ki, baş məşqçi Fatih Terimin səhhəti yaxşıdır:

"Hocamızın səhhəti çox yaxşıdır. MaşAllah hər şey qaydasındadır. Zarafatlar etdik, səhhəti normaldır. Sevənləri sevinsin, rəqibləri bir az çox çalışsın".

"Qalatasaray"ın prezidenti, hesab edir ki, koronavirusun dərmanının tapılması çətin məsələdir:

"Həkimlərimiz kütlənin 80 faizinin koronavirusa yoluxa biləcəyini söyləyir. Qalan 20 faiz üçün dövlət mübarizə aparır. Müvafiq nazirliklərin dediklərinə əməl etməliyik. Bütün işçiləri evdən çalışmağa sövq etdik. Bu bir pandemiyadır. Bu bəladan qaçmaq mümkün deyil. Orqanizmimizi qorumalı, məsləhətlərə əməl etməliyik.

Türkiyə çempionatlarının, derbinin təxirə salınması üçün yalvardım. Biz xəbərdarlıq etdik. Ancaq əksinə qərar verildi. Dövlət nə deyirsə, odur. Martın 12-də oyunların azarkeşli oynanılacağı iddia olundu. İlk koronavirus xəbərinin ardından bütün insanlar marketleri boşaltdılar. Dövlətimiz bu panikanın qarşısını almaq üçün matçların azarkeşli oynanılacağını elan etdi. Hər kəs risk altında idi. Buna görə təxirə salınma istədik".

Digər xəbərlər