Fatih Terimdən xəstəxanadan ismarıc: "Sağlamlığınıza laqeyd yanaşmayın"

Fatih Terimdən xəstəxanadan ismarıc: "Sağlamlığınıza laqeyd yanaşmayın"
Futbol
25 Mart 2020 - 10:35



Supersport.Az-ın məlumatına görə, "Qalatasaray"ın baş məşqçisi Fatih Terim, karantindən futbolçularına mesaj göndərib.

Koronavirusa yoluxan mütəxəssis ismarıcında bildirib:

"Qəti panikaya düşməyin, özünüzü incitməyin, məyus etməyin. Mən özümü yaxşı hiss edirəm. İnşAllah bu problemi də birlikdə keçəcəyik. Sizdən özünüzə, ailənizə çox diqqət etməyi istəyirəm. Sağlamlığınıza laqeyd yanaşmayın".

Çalışdırıcının temperaturu olmasa da, öskürəkdən şikayətçidir.

Qeyd edək ki, martın 23-də koronavirus aşkaralanan baş məşqçinin statusunu "Tvitter"də 500 mindən çox insan bəyənib.  



Digər xəbərlər