"Qalatasaray"da şok: Fatih Terimdə koronavirus

"Qalatasaray"da şok: Fatih Terimdə koronavirus
Futbol
23 Mart 2020 - 23:21
Supersport.Az-ın məlumatına görə, "Qalatasaray"ın baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.

"Bu gün testdə virusun nəticəsi müsbət çıxdı. Xəstəxanada əmin əllərdəyəm. Narahat olmayın. Ən qısa vaxtda xəbər veriləcək" - deyə, mütəxəssis bildirib.

Xatıraladaq ki, bir müddət əvvəl Superliqa davam edərkən "Beşiktaş"la qolsuz oyunun ardından "Qalatasaray"ın baş məşqçisi Fatih Terim TFF-dən çempionatın dayandırılmasını tələb edərək, "Top toplayan cocuqların əlcək geyməsi bir şeyi ifadə etmir. Bizim canımız, ailəmiz yoxdurmu? Heç Allahdan qorxmursunuz?" deyib.

Digər xəbərlər