4 milyard avro ziyan - koronavirusdan

4 milyard avro ziyan - koronavirusdan
Futbol
19 Mart 2020 - 18:45
Supersport.Az-ın məlumatına görə, koronavirus futbola minimum 4 milyard avro zərər vurub.

"KPMG Football Benchmark" komandasının araşdırması nəticəsində belə qənaətə gəlinib.

İngiltərə Premyer Liqası ən çox ziyan çəkən çempionatdır - 1 milyard 250 milyon avro.

UEFA Çempionlar Liqası və Avroliqada 541 oyunun vəziyyəti qeyri-müəyyəndir.

La Liqada 800-950 milyon, Bundesliqada 650-750 milyon, Seriya "A"da 550-650 milyon avro itiriləcəyi təxmin edilir.

Koronavirusdan ən çox ziyan görən çempionatlar:

Premyer Liqa (İngiltərə): 170-180 milyon - 700-800 milyon - 250-300 milyon - 1.150-1.250 milyon avro

La Liqa (İspaniya): 150-170 milyon - 500-600 milyon - 150-200 milyon - 800-950 milyon

Bundesliqa (Almaniya): 130-140 milyon - 300-400 milyon - 200-250 milyon - 650-750 milyon

Seriya A (İtaliya): 90-100 milyon - 350-450 milyon - 100-150 milyon - 550-650 milyon

Liqa 1 (Fransa): 50-60 milyon - 150-200 milyon - 100-140 milyon - 300-400 milyon

Digər xəbərlər