BOK-dan Tokio Olimpiadasıyla bağlı qərar

BOK-dan Tokio Olimpiadasıyla bağlı qərar
Olimpiya, Digər
17 Mart 2020 - 21:50
Dünyada sürətlə yayılan koronavirus yarışların keçirilməsinə ağır zərbə vurub.

Bu il Yaponiya paytaxtı Tokioda Yay Olimpiya Oyunlarının təşkili sual altına düşüb. 

Supersport.Az Beynəlxalq Oimpiya Komitəsi (BOK) Olimpiadanın keçirilməsində israrlıdır:

"Oyunlara 4 aydan çox müddət qalsa da, hər hansı sərt qərar verməyə ehtiyac yoxdur. Hazırda fərziyyə bildirmək zərərvericidir".

BOK, milli olimpiya komitələri, beynəlxalq federasiyalarla məsləhətləşmələrə davam olunduğunu bildirib.

BOK İcraiyyə Komitəsi, 3 martda koronavirüsla əlaqədar təxirə salınması gündəmdə olan Tokio-2020-ylə bağlı Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl olunacağını bildirib.

Digər xəbərlər