UEFA Bakıdakı "Avro-2020"ni də gələn ilə təyin etdi

UEFA Bakıdakı "Avro-2020"ni də gələn ilə təyin etdi
Futbol
17 Mart 2020 - 15:52
Bu gün UEFA Avropanın 55 futbol federasiyasının rəhbərlərinin, Avropa Klublar Assosiasiyasının (ECO) və Avropa liqalarının nümayəndələrinin iştirakı ilə videokonfrans keçirib.

Supersport.Az xəbər verir ki, qitə qurumu Avro-2020-ni təxirə salıb. UEFA yarışın gələn ilin eyni tarixilərində keçirilməsinə qərar verib. Bu il iyun-iyul aylarında Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməsi nəzərdə tutulan  çempionat gələn yaya kimi təxirə salınıb. Belə qərara səbəb koronavirusunun dünyada sürətlə artmasıdır.

Digər xəbərlər