Ərdoğanın mükafatlandırdığı Mübariz Mənsimovun həbsinə məhkəmə qərar verdi - Foto

Ərdoğanın mükafatlandırdığı Mübariz Mənsimovun həbsinə məhkəmə qərar verdi - Foto
Futbol, Foto
17 Mart 2020 - 14:04
Türkiyədə saxlanılan fəaliyyətini dayandıran "Xəzər Lənkəran" klubunun sahibi Mübariz Mənsimov dünən axşam saatlarında məhkəməyə aparılıb.

Supersport.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda hakim qarşısına çıxan "Palmali" Şirkətlər Qrupunun prezidenti barəsində məhkəmə həbs qərarı verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vaxtilə Mübariz Mənsimovu mükafatlandırıb.

Şirkətin digər rəsmisi Nuray Nurcihan Perke nəzarətdə olmaqla sərbəst buraxılıb.
Xatırladaq ki, M.Mənsimov martın 15-də İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Bundan əvvəl azərbaycanlı iş adamı FETÖ ilə əlaqələrini təkzib edib. 







Son dakika! Ünlü iş adamı Mübariz Mansimov Gurbanoğlu tutuklandı













 








Digər xəbərlər