Tokio-2020-yə boks yığmamızdan ilk lisenziya

Tokio-2020-yə boks yığmamızdan ilk lisenziya
Futbol
17 Mart 2020 - 01:01
Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.

Supersport.Az xəbər verir ki, yığmamızın heyətində Tayfur Əliyev bu hüquqa yiyələnib.

Avropa Oyunlarının mükafatçısı Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 57 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı boksçu 1/8 finalda Edqaras Skurdelisdən (Litva) üstün olub. Rəqibi ilk hissədə zədələndiyindən döyüşü davam etdirə bilməyib və Əliyev qalib elan olunub.

Yarış gecə seansından sonra dayandırılacağından 1/4 final qarşılaşması turnir bərpa olunduqdan sonra baş tutacaq.

Digər xəbərlər