Fatih Terim: "Allahdan qorxmursunuzmu?" - Video

Fatih Terim: "Allahdan qorxmursunuzmu?" - Video
Futbol, Video
16 Mart 2020 - 10:15
Supersport.Az-ın məlumatına görə, İstanbul derbisində "Beşiktaş"la qolsuz bərabərliyə razılaşan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim konoravirusla bağlı sərt reaksiya verərək, Türkiyə Futbol Federasiyasını tənqid edib. Təcrübəli mütəxəssis oyunların təxirə salınmamasının səhv qərar olduğunu bəyan edib.





"Niyə narahat olur futbolçular? Türkiyə Futbol Federasiyası belə edirsə, deməli bildiyi nəsə var. Rahat olsun futbolçular. Təəssüf ki, məlum xəstəlik onlara təsir edib. Buna görə onları tənqid etməyəcəm. Digər ölkələrdə futbol, basketbol və başqa idman növləri yarışları təxirə salınıb. FIFA ilk dəfə "iki ay ərzində istəsəniz milli komandaya oyunçu verməyə bilirsiniz" dedi. Futbol da toxunma oyunudur. Oyunçuya təmas etmə, 1.5 metr kənarda dur deyək? Qəribədir ki, əvvəl azarkeşli, sonra fanatlarsız matç keçirilir. Kimsə bunun açıqlamasını vermir. Hər kəsə desələr də, ancaq bizi azarkeşsiz oynadığımıza dair məlumatlandırmırlar. Burada 850 rəsmi nümayəndə var. Bizim kimi komanda oyunlarında təxirə düşmə olsa, bu bəla virusdan qorunacağıq. Birimizdə çıxarsa, Allah qorusun. Top toplayıcı cocuqların əlcək geyməsi də bir şeyi ifadə etməz. Bizim canımız, ailəmiz yoxmu? Heç Allahdan qorxmursunuzmu? Bu cocuklar, oyunçular, hocalar, hakimler işin aktyoru. Bunlar olmasa futbol olmaz, azarkeş olmazsa heç olmaz. UEFA-nın toplantısı var. Avropa Futbolçular Birliyi dəvət olunubmu? Bizdə Futbolçular Birliyi bir şey etməz. Hakimlər Birliyi federasiyanındır, nəzarətdədir. Heç bir oyunlar belə olmamalıdır. Siz danışmayanlara baxmayın. Qlobal problemlə üzləşmişik. Ölkələr fövqəladə vəziyyət elan edir. Sərhədlərini bağlayanlar var, etirazımız yox. Məktəblər bağlandı, uçuşlar dayandırıldı. Səhv nəsə varmı? Dünyada bütün yarışlar təxirə salındı. Hiç ağlınıza gəlirdimi, NBA da belə olacaq? Milyardlar futbol, insan həyatından önəmli deyil. Koronavirus belə şeydir. Türk futboluna 50 il ömrümü verdim. Bir klubun təmsilçisiyəm. Kimisənin xətrinə dəymək, məyus etmək niyyətində deyiləm. Ancaq doğruları da söyləyəcəyəm. Hamızımın həyatı təhlükədə. Futbolçuları evlərinə göndərsək, kiminsə günahı olmayacaq. Ancaq birimizdən nəsə çıxsa, hamımız karantinə gedəcəyik. Top toplayıcı cocuklar belə.


Floryanın hər tərəfini dezinfeksiya etdik. Cümə günü hamı evinə getdikdən sonra. Oyunçular məşqdə paltar dəyişmək istmədilər, yenidən dezinfeksiya etdik. İnşAllah bu xəstəliyə qalib gələrik. Klublar Birliyi, Futbolçular Dərnəyi toplanıb oyunlar keçirilməməli deməliydi. Məşqçilər birliyi heç nə deyə bilməz, deməyib, hakimlər birliyi də.

Mənim uşaqlarımın, futbolçularımın canı niyə önəmli deyil? Biri inciyəcəksə, istədiyinizi çempionu edin. Oynamayaq, qardaş. Hamımız paranoyak olduq. Mən bunu özüm üçün yox, Türk futbolu adına söyləyirəm. Ölkə olaraq hər yerdə bir oluruq, burada niyə olmayaq?"

Digər xəbərlər