"Qarabağ"ın keçmiş futbolçusu komandasına qələbə qazandırdı

"Qarabağ"ın keçmiş futbolçusu komandasına qələbə qazandırdı
Futbol
16 Mart 2020 - 01:59

Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasının 26-cı turunda millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin komandası "Kayserispor" Hikmet Karamanın çalışdırdığı "Yeni Malatyaspor"u məğlub edib.


Meydan sahiblərinə qələbə qazandıran qolları Muris Mesanoviç (22) və "Qarabağ"ın keçmiş hücumçusu Pedro Enrike (42) vurub. Qonaq komandadan 70-ci dəqiqədə Vidar Kjartansson fərqlənib. "Kayserispor"da Mensahın 45+3-də penalti zərbəsini Farnolle geri qaytarıb.


Robert Prosineçkinin komandası xalını 22-yə çatdıraraq, son 8 turda 12 xal qazanıb. "Kayserispor" növbəti turda səfərdə "Fenerbahçe" ilə qarşılaşacaq.

"Malatyaspor" 25 xalda qalıb, 11 oyundur qələbəyə həsrətdir. Malatyaspor növbəti oyunda "Kasımpaşa"nı qonaq edəcək.

 

Digər xəbərlər