Mübariz Mənsimov aclığa başladı

Mübariz Mənsimov aclığa başladı
Futbol
16 Mart 2020 - 01:24

İstanbulda saxlanılan "Palmali" Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun azadlığa buraxıldığı barədə məlumat təsdiqini tapmayıb.


Supersport.Az xəbər verir ki, jurnalist Fuad Abbasovun sosial şəbəkədə canlı apardığı proqrama telefon zəngi ilə "Palmali" şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva qoşulub.


F.Quliyeva bildirib ki, Mübariz Mənsimov sərbəst buraxılmayıb:


"Hətta Mübariz bəy yemək və su içməkdən imtina edib. Baxmayaraq ki, bu günlərdə əməliyyat olunub. Onun ofisində və evində araşdırma aparılıb, ancaq "FETÖ" ilə bağlı heç bir dəlil tapılmayıb, heç tapıla da bilməz. Çünki onlarla heç zaman əlaqə olmayıb, ola da bilməz".

Digər xəbərlər