Eksklüziv: "Qarabağ" da dayandı

Eksklüziv: "Qarabağ" da dayandı
Futbol, Eksklüziv
14 Mart 2020 - 16:14
Dünyada koronavirusun sürətlə yayılması idman sahəsinə də şok effekti verib. İstər ölkədaxili, istərsə də beynəlxalq yarışlar təxirə salınıb. "Barselona", "Real Madrid", "Yuventus" və başqa komandalar fəaliyyətini dondurmaq məcburiyyətində qalıb.   

Supersport.Az-ın əldə etdiyi məlumata görə, son 6 ildə ölkəmizi Avropa yarışlarında layiqincə təmsil edən, yeddiqat ölkə birincisi "Qarabağ" klubu da fəaliyyətini müvəqqəti dayandırıb. Ağdam təmsilçisi kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə belə addım atıb.

Müxbirimizə açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məşqlərin təxirə salındığını bildirib.

"Dünyada koronavirusun sürətlə yayılması bütün insanlar kimi bizə də təsir edib. Bilirsiniz ki, ölkədaxili yarışlar dayandırılıb. "Qarabağ"ımız mövcud vəziyyətlə əlaqədar məşqləri təxirə salıb. Növbəti addımlar haqqında bazar ertəsi ictimaiyyətə məlumat veriləcək". 

Digər xəbərlər