"Neftçi" fəaliyyətini dondurdu

"Neftçi" fəaliyyətini dondurdu
Futbol
14 Mart 2020 - 15:45
Supersport.Az-ın məlumatına görə, "Neftçi" fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Klubun saytının yaydığı açıqlamada bu haqda bildirilib.
Qeyd edilib ki, koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, "Neftçi” PFK böyük heyətə malik olan kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini birmüddətlik, müvəqqəti dayandırıb.

Növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcək.

Digər xəbərlər