"Arsenal"ın koronavurisa yoluxan baş məşqçisindən açıqlama

"Arsenal"ın koronavurisa yoluxan baş məşqçisindən açıqlama
Futbol
14 Mart 2020 - 09:41
Supersport.Az-ın məlumatına görə, "Arsenal"ın koronavurisa yoluxan baş məşqçisi Mikel Arteta fikirlərini bölüşüb.

37 yaşlı mütəxəssis, özünü yaxşı hiss etdiyini bildirib:

"Hamıya dəstək üçün təşəkkür edirəm. Mənim səhhətim əvvəlcə çox çətin olsa da, indi özümü yaxşı hiss edirəm. Hər kəs çox ağır mücadiləylə üz-üzədir. İndi insan həyatı ən üstündür. Sağalmaq üçün bütün məsləhətlərə əməl etməyə çalışıram. Bir-birinizi qoruyun. Əminəm ki, birlikdə ağır dövrü keçə biləcəyik".

İngiltərə çempionatı aprelin 4-dək təxirə salınıb.

Digər xəbərlər