İtaliya klubundan Azərbaycana da örnək addım - 600 min pulsuz tibbi maska, 100 min avro

İtaliya klubundan Azərbaycana da örnək addım - 600 min pulsuz tibbi maska, 100 min avro
Digər
14 Mart 2020 - 01:03
Dünyada koronavirus epidemiyası sürətlə artır.

Supersport.Az-ın məlumatına görə, İtaliya komandası ölkələrə örnək addım atıb.

Medical personnel works inside one of the emergency structures that were set up to ease procedures outside the hospital of Brescia, Northern Italy, Tuesday, March 10, 2020. For most people, the new coronavirus causes only mild or moderate symptoms, such as fever and cough. For some, especially older adults and people with existing health problems, it can cause more severe illness, including pneumonia. (Claudio Furlan/LaPresse via AP)

"İnter" klubu koronavirusa qarşı mübarizə aparan İtaliya Mülkü Müdafiə Departamentinə 300 min tibbi maska bağışlayıb.

"Ümid edirik ki, Çinin koronavirusa mübarizə təcrübəsi İtaliyanın bu epidemiyanın qarşısını almağa böyük kömək edəcək. Biz ölkənin fövqəladə vəziyyətdən çıxmasına güclü dəstək verəcəyik" - deyə, klubun çinli prezidenti Stiven Çjan bildirib. 

İtaliya komandası Çinə də 300 min tibbi maska yardımı edib.

"İnter" Milanda fəaliyyət göstərən biotibbi, elmi-klinikaya araşdırma məqsədilə 100 min avro ayırıb.

İtaliyada pulsuz tibbi ləvazimat verilsə də, Azərbaycanda maska tapmaq çətinləşib, olanının da qiyməti artıb.

Italy Clamps Down On Public Events And Travel To Halt Spread Of Coronavirus

İtaliya çempionatı aprelin 3-dək təxirə salınıb. "Yuventus"un müdafiəçisi Daniele Ruqani virusa yoluxub.

Məlumat üçün bildirək ki, İtaliyada ümumilikdə 17 min 660 nəfər epidemiyadan əziyyət çəkir, 1266 insan vəfat edib, 1439 şəxs müalicə olunub. Son gün rekord sayda 250 nəfər dünyasını dəyişib.

Digər xəbərlər