Azərbaycan Premyer Liqası dayandırıldı

Azərbaycan Premyer Liqası dayandırıldı
Futbol
13 Mart 2020 - 18:53


Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 21, 22-ci, 1-ci divizionda isə 20-ci turun oyunları təxirə salınıb.

Peşəkar Futbol Liqasının (PFL) saytı belə məlumat yayıb.
PFL prezidenti Ramin Musayev son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri  rəhbər tutaraq bununla bağlı əmr imzalayıb.

Təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə məlumat veriləcək.


Digər xəbərlər