Ronaldo "Yuventus"a qayıtmaqdan imtina etdi

Ronaldo "Yuventus"a qayıtmaqdan imtina etdi
Futbol
12 Mart 2020 - 20:00
"Yuventus”un hücumçusu Kriştianu Ronaldo özünü Portuqaliyada karantinə alıb.

Supersport.Az xarici mətbuata istinadən xəbər verir ki, o, ölkəsində qalacağını bildirib. Buna səbəb onun komanda yoldaşı Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkarlanmasıdır. Ronaldo doğulduğu şəhər Madeyrada tibbi testlərdən keçəcək. Futbolçu "Yuventus"un rəhbərliyinə İtaliyada koronavirusa son veriləcəyi təqdirdə, qayıdacağını bildirib. "A" seriya aprelin 3-dək təxirə düşüb. "Yuventus" Ronaldoya illik 36 milyon avro ödəyir.
Qeyd edək ki, anası iflic olduğu üçün Portuqaliyaya gedən 35 yaşlı hücumçu İtaliyaya qayıtmayıb.

Digər xəbərlər