UEFA prezidentinin xahişi: "Avropa Liqasını tərk edin"

UEFA prezidentinin xahişi: "Avropa Liqasını tərk edin"
Futbol
12 Mart 2020 - 18:14


UEFA prezidenti Aleksander Çeferin İtaliyanın "İnter" və "Roma" klublarının Avropa Liqasını tərk etmələrini xahiş edib.

Supersport.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, qurum rəhbəri turnirin davam etdirilməsi üçün bunun vacib olduğunu klubların diqqətinə çatdırıb. O, hesab edib ki, Avroliqanın vaxtında bitməsi Avro-2020-nin planlaşdırıldığı kimi bu yay keçirilməsinə kömək edəcək. Ancaq İtaliya təmsilçiləri bu təklifi dərhal rədd ediblər.
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin "Sevilya" - "Roma" və "İnter" - "Xetafe" matçları koronavirusa görə təxirə salınıb.


Digər xəbərlər