"Atletiko" Çempionlar Liqası qalibini kənarlaşdırdı - Foto

"Atletiko" Çempionlar Liqası qalibini kənarlaşdırdı - Foto
Futbol, Foto
12 Mart 2020 - 02:34
Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

Superport.Az xəbər verir ki, bu gün daha iki matç keçirilib.

Turnirin son qalibi "Liverpul" doğma meydanda "Atletiko" ilə qarşılaşıb. Bu komandalar arasında ilk oyunda İspaniya klubu minimal hesabla qalib gəlmişdi - 1:0. Cavab matçında 5 qol vurulub. "Liverpul" 2 qolla irəli keçsə də, "Atletiko" 3 qol vuraraq, növbəti mərhələyə vəsiqə qazanıb.

Marcos Llorente celebra uno de sus goles



Digər görüşdə Dortmund "Borussiya"sı PSJ-nin qonağı olub. İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan Fransa təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün yaxşı nəticə əldə etməyə çalışıb. PSJ 2 cavabsız qolla qələbə qazanaraq, istəyinə çatıb.

11 mart

00:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) 2-0

Qollar: Neymar 28, Bernat 45+1

İlk oyun – 1:2

Baş hakim: Entoni Taylor (İngiltərə)

Paris. “Park de Prens”

00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) 2-3

Qollar: Veynaldum 43, Firminyo 94 - Markos Llorente 97, 105+1, Alvaro Morata 120+1

İlk oyun – 0:1

Baş hakim: Danni Makkeli (Niderland)

Liverpul. “Enfild Roud”

10 mart

00:00. “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya) - 3:4

00:00. “Leyptsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:0

Digər xəbərlər