Aqil Məmmədov "Neftçi"nin məşqində iştirak etmədi

Aqil Məmmədov "Neftçi"nin məşqində iştirak etmədi
Futbol
10 Mart 2020 - 22:02
"Neftçi”  Azərbaycan Premyer Liqasının 21-ci turunda qarşılaşacağı "Zirə” ilə oyunun hazırlığına başlayıb.

Supersport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Sabah”la matçdan sonra iki günlük fasiləyə buraxılmış "ağ-qaralar” bu gün məşqə çıxıb.

Zədəli Mamadu Mbodj fiziki hazırlıq üzrə məşqçi Mario Kastelyanonun rəhbərliyi altında fitnes zalında fərdi məşqlərə başlayıb, Qapıçı Aqil Məmmədov isə müalicə olunduğu üçün bugünkü məşqdə iştirak etməyib. Qapıçı sabahdan məşqlərə qoşulacaq.

Qeyd edək ki, martın 15-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Zirə” oyunu saat 18:00-da başlayacaq.

Digər xəbərlər