"Qarabağ"da dezinfeksiya aparıldı - Foto

"Qarabağ"da dezinfeksiya aparıldı - Foto
Futbol, Foto
10 Mart 2020 - 21:36
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Supersport.Az xəbər verir ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bu gün "Qarabağ"ın bazasında dezinfeksiya işləri aparılıb.

Bazada bütün otaq və dəhlizlərdə, o cümlədən yeməkxana, sanitar qovşaqları, fitnes zalı və digər yerlər xüsusi dərmanlarla dezinfeksiya olunub.


















   

Digər xəbərlər