Çempionlar Liqasında iki klub 1/4 finalda

Çempionlar Liqasında iki klub 1/4 finalda
Futbol
11 Mart 2020 - 01:54
Bu gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri başlayıb.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə Almaniyayla İspaniyada matç keçirilir.

"Leyptsiq" "Tottenhem"i qəbul edib. İlk oyunda ingilisləri 1 qolla məğlub edən Almaniya klubu cavab matçında 3 qolla qalib gəlib.

"Valensiya" "Atalanta" ilə qarşılaşıb. İlk matçda ispanlara 4:1 qalib gələn İtaliya komandası cavab qarşılaşmasında 4:3 hesablı qələbə qazanıb. "Atalanta"nın ikinci görüşdə bütün qollarını sloveniyalı Josip İliçiç vurub.

Çempionlar Liqası

1/8 final, cavab görüşləri

11 mart

00:00. "Leyptsiq" (Almaniya) - "Tottenhem" (İngiltərə) 3-0

Qollar: Sabitzer, 10, 22,Forsberq, 88

Baş hakim: Karlos del Serro (İspaniya)

İlk oyun - 1:0

00:00. "Valensiya" (İspaniya) - "Atalanta" (İtaliya) 3-4

Qollar: Qameyro, 21, 51, Ferran Torres 67 - İliçiç, 3-pen, 43-pen, 71, 82

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

İlk oyun - 1:4

Digər xəbərlər