Avropa ölkəsində bütün yarışlar təxirə salındı - koronavirusa görə

Avropa ölkəsində bütün yarışlar təxirə salındı - koronavirusa görə
Digər
10 Mart 2020 - 01:41
Dünyada koronavirusun sürətlə yayılması ölkələri qorxuya salıb.

Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, İtaliyada bütün idman yarışları aprelin 3-dək təxirə salınıb. Bu qərar ölkənin federasiyaları və olimpiya komitəsi rəhbərlərinin razılığına əsasən verilib. Qısa açıqlamada "Sağlamlıq birinci yerdədir" deyilib. Hökumətin həbsxanalarda açıq görüşlərə qadağa qoyması səbəbindən üsyanlar olub.

Məlumat üçün bildirək ki, İtaliyada 9172 nəfər koronavirusa yoluxub və onlardan 463-ü vəfat edib.

 

Digər xəbərlər