Avropa məhkəməsindən Platiniyə rədd cavabı

Avropa məhkəməsindən Platiniyə rədd cavabı
Futbol
06 Mart 2020 - 16:57



Supersport.Az-ın məlumatına görə, Avropa İnsan Hüquqları Məhkəməsi UEFA-nın sabiq prezidenti Mişel Platininin futboldan 4 il müddətinə kənarlaşdırılmasıyla bağlı etirazına mənfi cavab verib.

Qərara əsasən, Fransanın keçmiş futbolçusu haqda kəsilən cəzada insan hüquqlarının pozulmadığı bildirilib.

Qeyd edək ki, 2011-ci ildə FİFA-nın sabiq prezidenti Yozef Blatterdən 2 milyon İsveçrə frankı aldığı üçün beynəlxalq qurumun etik qaydalarını pozan Mişel Platini 8 il futboldan kənarlaşdırılıb, sonradan İdman Arbitraj Məhkəməsi cəza müddətini 4 ilə azaldıb. Onun bu qərarla bağlı İsveçrə Federal Məhkəməsinə şikayəti isə təmin olunmamışdı.

 


Digər xəbərlər