Çempionlar Liqası finalına biletlər satışda

Çempionlar Liqası finalına biletlər satışda
Futbol
06 Mart 2020 - 16:31
Mayın 30-u İstanbulda keçiriləcək Çempionlar Liqasının final matçının biletləri satışa çıxarılıb.

Supersport.Az UEFA-nın saytına istinadən xəbər verir ki, "Atatürk" Olimpiya Stadionunda olacaq həlledici görüşün biletlərinin qiyməti 70-600 avro arasında dəyişir. Finalı canlı izləmək istəyən 6 mindən çox futbolsevər qitə qurumunun rəsmi saytında martın 12-i Bakı vaxtı ilə saat 17:00-a qədər satışda olacaq biletləri ala biləcəklər.

Turnirdə finala yüksələcək komandaların azarkeşləri üçün isə ümimilikdə 40 min ədəd (hər biri üçün 20 min) bilet ayrılıb.

Ötənilki ÇL-in final ilə eyni qiymətə satıla biletlərin kateqoriyalara əsasən qiyməti belədir:
1-ci kateqoriya: 600 avro

2-ci kateqoriya: 450 avro

3-cü kateqoriya: 180 avro

4-cü kateqoriya: 70 avro

Digər xəbərlər