Rəşad Sadıqov, yoxsa Ersun Yanal?

Rəşad Sadıqov, yoxsa Ersun Yanal?
Futbol
05 Mart 2020 - 01:50
Supersport.Az-ın məlumatına görə, futbol millimizin baş məşqçi vəzifəsinə namizədlərin sayı azalıb. AFFA-nın daha çox gənc mütəxəssis Rəşad Sadıqov, “Fənərbağça”dan ayrılan türkiyəli Ersun Yanalla danışıqlar apardığı haqda xəbər verilib.

Qurum rəhbərliyi "Beşiktaş"dan ayrılan Abdullah Avcıyla razılıq əldə etməməsinin ardından yeni baş məşqçi məsələsini sürətləndirib.

Namizədlər siyahısında Oleq Kononov, Covanni de Byazi, Branko İvankov, Luici di Biaccio, Abdullah Avcıyla yanaşı, Çezare Prandelli, Ersun Yanalın da adı var.

Bu günlərdə AFFA-nın icraçı vitse-prezidenti, baş katibi Elxan Məmmədovun veteranlarla görüşündə yerli mütəxəssisə üstünlük verilməsi məsləhət görülüb. Qurumun milli komandanı gənc məşqçi Rəşad Sadıqova həvalə edəcəyi bildirilir.

 

 

Digər xəbərlər