"Real"da 3 yubiley

"Real"da 3 yubiley
Futbol
03 Mart 2020 - 12:00
İspaniya La Liqasının 26-cı turunun “Barselona” ilə qarşılaşması (2:0) “Real”ın bir neçə futbolçusu üçün əlamətdar olub.

Supersport.Az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb. “Barselona” ilə matç Lukas Vaskesin 200, İskonun 300, Kərim Benzemanın isə “Real”da 500-cü oyunu olub.

Qarşılaşmadan sonra “Real”ın prezidenti Florentino Peres hər üç futbolçuya keçirdikləri oyun sayının yazıldığı formalar hədiyyə edib.

Digər xəbərlər