Messinin rekordu qırıldı

Messinin rekordu qırıldı
Futbol
02 Mart 2020 - 18:35
“Real” İspaniya La Liqasının 26-cı turunda “Barselona”nı məğlub edib.

Supersport.Az xarici mətbuata istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən görüşdə hesabı açan Vinisius Junior “el klasiko” tarixinə düşüb.

Belə ki, braziliyalı hücumçu La Liqa çərçivəsində keçirilən “el klasiko”larda qol vuran ən gənc futbolçu olub.

“Barselona” ilə oyunun 71-ci dəqiqəsində fərqlənən Vinisius, buna 19 yaş 233 günlüyündə nail olub. Bundan əvvəlki rekord Lionel Messiyə aid idi. Argentinalı futbolçu La Liqa çərçivəsində keçirilən “el klasiko”larda ilk qolunu 19 yaş 259 günlüyündə vurmuşdu.

Digər xəbərlər