İtaliya - Türkiyə oyunu təhlükədə

İtaliya - Türkiyə oyunu təhlükədə
Futbol
02 Mart 2020 - 20:34
Supersport.Az-ın məlumatına görə, "Avro-2020"nin final mərhələsində keçiriləcək İtaliya - Türkiyə matçı təhlükə altına düşüb.

UEFA-nın sabah Niderlandın paytaxtı Amsterdamda bununla qərar verəcəyi gözlənilir.

İyunun 12-nə Romada keçirilməsi nəzərdə tutulan qarşılaşma başqa şəhərə təyin oluna və ya təxirə salına bilər. Buna səbəb İtaliyada koronavirusun artmasıdır.

Bu ölkədə 1700 nəfər xəstəliyə yoluxub, 34 nəfər vəfat edib.

 

Digər xəbərlər